Qadin.NET / Dünyanın ən ödənişli baş məşqçiləri

Dünyanın ən ödənişli baş məşqçiləri

 

Dünyanın ən ödənişli baş məşqçiləri

Dünyanın ən ödənişli baş məşqçilərinin siyahısı açıqlanıb. Lent.Az-ın “101greatgoals.com”a istinadən verdiyi məlumata görə, siyahıya Almaniya “Bavariya”sının baş məşqçisi Xosep Qvardiola rəhbərlik edir.

 

O, ilə 17 milyon avro qazanır. 2-ci pillədə İngiltərənin “Çelsi” klubuna rəhbərlik edən Joze Mourinyo (10,03 milyon avro), 3-cü pillədə isə Çinin “Quançjou” komandasının sükanı arxasındakı Marçello Lippi (10 milyon avro) qərarlaşıb.

İlk “10-luğ”a aşağıdakı baş məşqçilər də düşüb (milyon avro ilə):

4. Arsen Venger (“Arsenal”, İngiltərə) – 8.2 

5. Fabio Kapello (Rusiya yığması) – 7.8 

6. Karlo Ançelotti (“Real Madrid”, İspaniya) -  7.5 

7. Devid Moyes (“Mançester Yunayted”, İngiltərə) – 5.9

8. Xerardo Martino (“Barselona”, İspaniya) – 5.4 

9. Yurgen Klopp (“Borussiya” Dortmund, Almaniya) – 4.3

10. Manuel Pelleqrini (“Mançester Siti”, İngiltərə) – 4.165

Mənbə: Lent.Az

20 dekabr 2013
GO BACK