Qadin.NET / Sınaq imtahanları aprel ayından başlayacaq

Sınaq imtahanları aprel ayından başlayacaq

 

Sınaq imtahanları aprel ayından başlayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəbə hazırlaşan tələbələr üçün keçirdiyi sınaq imtahanlarının nə zaman başlayacağını açıqlayıb. Komissiyanın mətbuat xidmətindən Lent.Az-a verilən xəbərə görə, 2014-cü ildə sınaq imtahanları aprel ayının əvvəllərindən etibarən başlayacaq. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də sınaq imtahanlarına yazılış internet vasitəsiylə elektron formada aparılacaq. Sınaq imtahanlarına yazılışla bağlı ilkin məlumatların TQDK-nın Facebook səhifəsində verilməsi nəzərdə tutulur. Bu, gənclərin məlumatları buradan daha operativ əldə etmələri ilə bağlıdır. Son illər TQDK tərəfindən imtahan arealının genişləndirilməsi, imtahanların respublikanın bütün bölgələrini əhatə etməsi nəticəsində regionlarda yaşayan abituriyentlərin də sınaqlarda rahat iştirakı təmin olunur. Artıq ən ucqar yaşayış məntəqələrində yaşayan gənclərimizin də hazırlıq səviyyələrini yoxlamaq üçün mərkəzi şəhərlərə üz tutmalarına ehtiyac qalmır. Gələn il sınaq imtahanlarına ayrılan yerlərin sayının artırılacağı da nəzərdə tutulur. 

 

Mənbə: Lent.Az

20 dekabr 2013
GO BACK