Qadin.NET / Dünya çempionu ilk məğlubiyyətdən sonra boksu tərk etdi

Dünya çempionu ilk məğlubiyyətdən sonra boksu tərk etdi

 

Boks üzrə indoneziyalı sabiq dünya çempionu Kris Con karyerasını başa vurduğunu bəyan edib. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, boksçu deyib ki, 15 illik karyerası dövründə çox şeyə nail olub. O deyib ki, vaxtını daha çox ailəsi ilə keçirmək istəyir. Maraqlı məqam odur ki, Kris Con karyerası dövründə ilk məğlubiyyətindən iki həftə sonra belə bir bəyanat verib. Dekabrın 6-da Con Ümumdünya Boks Assosiasiyasının 57,2 kq çəki dərəcəsində dünya çempionu kəmərini 19-cu dəfə qoruya bilməyib. O, Cənubi Afrika Respublikasından olan Simpiv Vetyekuya məğlub olub. Con karyerası ərzində 52 döyüş keçirib. Onlardan 51-də rinqi qalib kimi tərk edib. 

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK