Qadin.NET / Sinoptiklər istirahət günlərinə Azərbaycan üçün nə vəd edirlər?

Sinoptiklər istirahət günlərinə Azərbaycan üçün nə vəd edirlər?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman proqnozlaşdırılır, mülayim cənub küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında dekabrın 21-də havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında dekabrın 21-də hava əsasən yağmursuz keçəcək, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz isə 2-7 dərəcə isti olacaq.Dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.
Mənbə: Milli.Az

 

20 dekabr 2013
GO BACK