Qadin.NET / İspaniya "Kral"ın futbolçusunu əfv etdi

İspaniya "Kral"ın futbolçusunu əfv etdi

 

İspaniya Futbol Federasiyası “Osasuna” ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılan “Real Madrid"ın müdafiəçisi Serxio Ramosu bağışlayıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.Belə ki, nizam-intizam komitəsi həmin matçda iki sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulan təcrübəli futbolçunun birinci sarı vərəqəsini ləğv edib. Bununla da, o növbəti turdakı “Valensiya” qarşılaşmasında komandasına kömək edə biləcək.Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Ramos 2005-ci ildən Madrid klubunda çıxış edir. 

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK