
Gürcüstan prezidenti Georgi Marqvelaşvili gələn həftə Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.G.Marqvelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək.Qeyd edək ki, bu, Georgi Marqvelaşvilinin prezident seçiləndən sonra Azərbaycana ilk səfəridir.
Mənbə: Milli.Az