Qadin.NET / Foqts yeni müqavilədən danışdı

Foqts yeni müqavilədən danışdı

 

“Bizim gənc komandamız və çox yaxşı perspektivimiz var. Bu səbəbdən Azərbaycan yığmasında daha 2 il qalmağa razılaşdım. Köməkçim Uli Ştaynda mənimlə birlikdə fəaliyyətini davam etdirəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsdeyib.67 yaşlı mütəxəssis vətəni Almaniyada verdiyi açıqlamada AFFA ilə müqaviləsinin daha 2 il uzadılmasından danışıb. Foqts 2008-ci ildən rəhbərlik etdiyi yığmamıza daha çox vaxt ayırmaq istədiyini də bildirib: “Biz AVRO-2020-nin bəzi oyunlarının Bakıda keçirilməsini istəyiriksə, güclü komandamız olmalıdır. Seçmə mərhələdə də gənc oyunçulardan qurulmuş heyətlə əla çıxış etməliyik. Onlar da həmin final mərhələsinə öz bacarıqlarının zirvə nöqtəsində çatmalıdırlar. Mən komanda ilə daha çox çalışmaq, oyunçularımı daha tez-tez bir araya yığmaq istəyirəm. Bunu mənə AFFA prezidenti də dedi. Elə buna görə də müqavilənin də şərtlərində dəyişikliklər oldu”. Qeyd edək ki, Berti Foqtsla yeni müqaviləyə əsasən, almaniyalı 2015-ci ilin sonunadək Azərbaycan yığmasında çalışacaq. 

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK