Uzun müzakirələrdən sonra nəhayət ki, Amerika Birləşmiş Ştatlarında büdcə qalmaqalına son qoyulub. Senat Nümayəndələr Palatasının qəbul etdiyi büdcə layihəsini təsdiqləyib. Bununla da, amerikalı qanunvericilər yaxın gələcəkdə heç bir dövlət müəssisələrinin bağlanma böhranı ilə üzləşməyəcəyinə ümid edirlər. Anspress yazır ki, gələn il üçün təklif olunan dövlət büdcəsinin həcmi 3 trilyon dollardan çoxdur.“Bu, hökumətin növbəti 2 il ərzində bağlanması təhlükəsinin aradan qalxması deməkdir. Eləcə də hökumətin maliyyələşdirilməsi davam edəcək. Bəs hansı vəsait hesabına? Hökumət işçilərinin və təqaüddə olan hərbçilərin təqaüdlərində azalmalar olacaq. Sadə vətəndaşlar təhlükəsizlik üçün cərimə ödəyəndə daha çox pul ödəməli olacaqlar. Bu əsas problemi həll etmir. Bu isə Amerikanın 17 trilyon borcudur. Respublikaçılar bu borcla bağlı nəyisə dəyişməyə can atırdılar. Lakin hazırda senatda respublikaçılar, hakimiyyətdə demokratlarlar olduğu təqdirdə bu danışıqlar sadəcə olaraq baş tutmur və bunu hər iki tərəf başa düşür. Bu problemin həlli yox, təxirə salınması deməkdir”.
Mənbə: Milli.Az