Qadin.NET / İstanbulun polis rəisi öpüşlərlə yola salındı

İstanbulun polis rəisi öpüşlərlə yola salındı

 

Korrupsiyaya qarşı Türkiyəni sarsıdan əməliyyatlardan sonra İstanbulun vəzifədən çıxarılmış polis rəisi Hüseyn Çapkın iş yoldaşlarıyla vidalaşarkən gözləri dolub.Anspress Türkiyə mətbuatına istinadən bildirir ki, Hüseyn Çapkın günorta saatlarında vəzifədən çıxarılıb. 2009-ci ildən bəri birlikdə çalışdığı iş yoldaşları ilə vidalaşan Hüseyn Çapkın saat 18.15-də İstanbul Əmniyyət Müdirliyindən çıxıb.Hüseyn Çapkın qapıdan çıxarkən polislərin azərbaycansayağı “Aişə bacı” adlandırdıqları Aişə Mezzeklə qarşılaşıb. Aişə bacı Çapkına sarılıb və onun başından öpüb. Hüseyn Çapkın giriş qapısında gözləyən polislərlə də vidalaşıb. Mətbuat mənsublarına əl edən Hüseyn Çapkın avtomobilinə minib və İstanbul Əmniyyət Müdirliyindən ayrılıb.Şəhid qızı olan Aişə Mezzek vaxtının böyük hissəsini İstanbul Əmniyyət Müdirliyində keçirir. Buna görə polislər tərəfindən çox sevilir.

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK