Qadin.NET / 2014-cü ildə Dövlət Neft Fondunun investisiyaları 34 milyard dolları ötəcək

2014-cü ildə Dövlət Neft Fondunun investisiyaları 34 milyard dolları ötəcək

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 27 milyard manata bərabər götürülür.Dünən dövlət başçısı 2014-cü ildə ARDNF-nin vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətlərinə (proqramı) dair fərman imzalayıb.Trend-in məlumatına görə, bu il üçün proqnoz 25,2 milyard manat, 2012-ci il üçün 23 milyard manat, 2011-ci il üçün 19,4 milyard manat səviyyəsində formalaşmışdı.Sənəddə deyilir: "2014-cü ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcəkdir".Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri bunlardır: Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi; Dövlət büdcəsinə transfert; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi; Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi;Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsindəAzərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK