Qadin.NET / "Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində həll olunmamış problem qalmayacaq"

"Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində həll olunmamış problem qalmayacaq"

 

Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisi ilə şəxsən tanış olacaq. Bunu Trend-ə G.Kvirikaşvili deyib.Onun sözlərinə görə, menecment orada çox fəal işləyir:

"Müəyyən vaxtlarda, mütəmadi olaraq problemlər baş verir. Menecment çox fəal işləyir və düşünürəm ki, həll olunmamış problem qalmayacaq. Yaxın günlərdə cari tikinti işləri ilə ətraflı tanış olmağı planlaşdırıram".Qeyd edək ki, dəmiryol 2014-cü ilin sonunda istismara verilməlidir.

Mənbə:Milli.Az

20 dekabr 2013
GO BACK