Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Miladi: 20 dekabr 2013

Hicri: 16 Səfər 1435
İlin 354-cü günü
İlin sonuna 11 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.43
Günəş - 07.59
Zöhr - 12.41
Əsr - 15.20
Məğrib - 17.32
İşa - 18.54
69 — Roma imperatoru Vitellius qətlə yetirilib.
1582 — Fransada Qriqorian təqviminə keçilib.
1699 — I Pyotr Rusiyada yeni ilin 1 sentyabrda deyil, 1 yanvarda qeyd edilməsi barədə fərman verib.
1803 — ABŞ Luiziananı Fransadan alıb.
1873 — Türkiyənin İstiqlal şairi Məhmət Akif Ərsoy dünyaya gəlib.
1879 — Tomas Edison közərmə lampasını təqdim edib.
1912 — Londonda Türkiyə və Balkan dövlətləri arasında sülh konfransı keçirilib.
1915 — Çanaqqala boğazında müttəfiqlər məğlub olublar.
1915 — Türk yazıçı Əziz Nesin anadan olub.
1917 — Bresk-Litovskda Rusiya və Almaniya arasında sülh danışıqları başlayıb.
1922 — Sovet Sosialist Respublikaları İttifaqı adı altında 14 dövlət "birləşib".
1924 — Hitler həbsdən azad olunub.
1928 — Böyük Britaniya Nankin (Kuomintag) hökumətini tanıyıb.
1938 — SSRİ-də əmək kitabçalarının tətbiqinə başlanıb.
1952 — M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki BSU) fəaliyyətə başlayıb.
1955 — Sudan Müstəqillik əldə edib.
1957 — Yunan müğənni Anna Vissi anadan olub.
1957 — Avropa Nüvə Enerjisi agentliyi təsis edilib.
1963 — Berlin divarındakı buraxılış məntəqələri 1 günlüyə açılıb.
1968 — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Con Steynbek vəfat edib.
1990 — SSRİ xarici işlər naziri Eduard Şevardnadze gözlənilmədən istefa verib.
1993 — Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulub.
1994 — Azərbaycan Respublikası Maldiv adaları ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — BMT Bosniya-Herseqovinada vəziyyətə nəzarəti NATO-ya tapşırıb.
2007 — Madam Tüsso muzeyində Heydər Əliyevin mum fiquru hazırlanmışdır.

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK