Qadin.NET / "Qarabağ" liderliyə doğru

"Qarabağ" liderliyə doğru

 

Bu gün Topaz Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutacaq. Bununla da 2-ci dövrəyə yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaqlar.Turun ilk qarşılaşması Qəbələdə baş tutacaq. Bölgənin eyni adlı komandası "Bakı"nı sınağa çəkəcək.Bakıda keçirilən qarşılaşmada AZAL hazırkı lider "Neftçi" ilə üz-üzə gələcək. Paytaxt derbisi ilə eyni vaxtda Lənkəranda "Xəzər Lənkəran" - "Sumqayıt" qarşılaşması da start götürəcək.Növbəti oyun isə Bayılda keçiriləcək. "Rəvan" doğma meydanda "Simurq"u qəbul edəcək.

Günün və turun son oyunu isə mərkəzi arenada baş tutacaq. Çempionluğa iddialı "Qarabağ" Bakı təmsilçisi "İnter"lə qarşılaşacaq.
Topaz Premyer Liqası

18-ci tur
20 dekabr
13:00. QƏBƏLƏ - BAKI

Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov.Qəbələ. Qəbələ şəhər stadionu.
15:00. AZAL - NEFTÇİ

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
Bakı. “AZAL Arena” stadionu.
15:00. XƏZƏR LƏNKƏRAN - SUMQAYIT

Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.
16:00. RƏVAN - SİMURQ

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov.
Bakı. “Bayıl Arena”.
17:00. QARABAĞ - İNTER

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
1 Neftçi                 17 10  4  3  26  17   +9   34
2 Qarabağ            17   9  6  2  29  11   +18  33
3 Qəbələ              17  10  2  5  25  16   +9   32
4 İnter                  17   8   3  6  27  19   +8   27
5 Bakı                   17  8   3  6  29  19  +10   27
6 Simurq              17   5   7  5 16  14   +2    22
7 AZAL                 17   5  6  6  15  22   –7   21
8 XL                     17   4  7  6  12   21  –9   19
9 Rəvan                17  1  6 10  9   29  –20   9
10 Sumqayıt         17  1  4 12  8   28  –20   7
Bombardirlər:

9 - Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı)
6 - Əfran İsmayılov (Bakı), Daniel Subotiç (Qəbələ), Leonardo da Silva (Qəbələ).

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK