Qadin.NET / Türkiyənin iki nazirinin 110 milyon lirə rüşvət aldığı iddia edilir

Türkiyənin iki nazirinin 110 milyon lirə rüşvət aldığı iddia edilir

 

Baş Prokurorluğun iddiasına görə, Türkiyənin Avropa İttifaqı işləri üzrə naziriEgemen Bağış iş adamı Rza Zərrabın rüşvət verdiyi nazirlərdən biridir. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.R.Zərrabın E.Bağışa təqribən 3 milyon türk lirəsi rüşvət verdiyi iddia edilir.Digər iddiaya görə, R.Zərrab Qanadan qeyri-qanuni yolla gətirdiyi 1,5 ton qızılla bağlı problemini "Xalq Bank" vasitəsilə həll edib. Belə ki, iş adamının "Xalq Bank" vasitəsilə gördüyü işlərə nəzarətdən yayınmaq üçün bankın baş direktoru Süleyman Aslanla əlaqə yaratdığı, bank rəhbəri ilə R.Zərrabı tanış edən şəxsin isə iqtisadiyyat naziri Zəfər Çağlayan olduğu bildirilir.Z.Çağlayanın bütün bu və digər qeyri-qanuni əməllərə 106 milyon lirə qarşılığında göz yumduğu iddia edilir.Xatırladaq ki, İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var. Həmçinin korrupsiya qalmaqalını araşdıran yüksəkvəzifəli polis məmurları işdən azad edilib.Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK