Qadin.NET / Bakının mərkəzindəki gülməli haldan yazdıq, problemi həll etdilər

Bakının mərkəzindəki gülməli haldan yazdıq, problemi həll etdilər

 

Bakının mərkəzindəki gülməli haldan yazdıq, problemi həll etdilər

 

Bakı şəhərinin mərkəzində hökm sürən gülməli vəziyyət aradan qaldırılıb. İnsanların gediş-gəlişinin intensiv olduğu bir küçədə yan-yana qoyulmuş bir-birini təkzib edən yol nişanlarından biri artıq götürülüb. Bir müddət əvvəl Milli.Az Mərkəzi Universal Mağazasının yaxınlığında, Nigar Rəfibəyli küçəsində dayanma, durma və parklamanı qadağan edən yol nişanının, ona bitişik isə taksi duracağı olmasını göstərən lövhənin qoyulması kimi gülməli vəziyyət barədə material hazırlamışdı.Həmin vəziyyəti görənlər düşünürdülər ki, ya taksilər nəqliyyat vasitəsi deyil, ya da nişan qoyularkən digərini götürmək unudulub. Həmin vaxt məsələ ilə bağlı Bakı Siqnal İdarəsinin rəhbərliyi və Bakı şəhər Yol Polis İdarəsi məlumatlandırıldı. Həmin qurumlar problemin aradan qaldırılmasına söz vermişdilər.Verilən vəddən 2 aydan artıq vaxt keçsə də, sözə əməl edildi. Həmin ərazidəki anlaşılmazlıq - dayanıb durmanı qadağan edən nişan götürülüb. Lakin nişan götürülsə də, dirəyini yığışdırmaq yaddan çıxıb.Qeyd edək ki, yol nişanları qanunvericilyinin tələbinə uyğun qoyulur və ziddiyyət təşkil etməməlidir.

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK