Qadin.NET / "İsa Qəmbər radikal müxalifətin keçirdiyi mitinqin uğursuz olacağını hiss edib"

"İsa Qəmbər radikal müxalifətin keçirdiyi mitinqin uğursuz olacağını hiss edib"

 

“İsa Qəmbər radikal müxalifətin keçirdiyi mitinqin uğursuz olacağını hiss edib”.Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, İsa Qəmbər müxalifətin tədbirlərinə insanların ildən-ilə daha da az gəldiyini, sosial bazanın daraldığını açıq-aydın görürdü. Ona görə də təmtəraqla yaradılan Milli Şuranın seçkidən sonrakı mitinqində iştirak etməklə əslində uğursuzluğa imza atmış olurdu. Belədə isə onun artıq kifayət qədər arqumenti var ki, uğursuzluğa görə başqa müttəfiqlərini, ilk növbədə, əsas rəqibi olan AXCP sədrini ittiham etdirsin.“Göründüyü kimi, mitinqdən sonra İsa Qəmbərin nəzarətində olan KİV-də mitinqlə bağlı ya mənfi yazılar verildi, ya da ki, ümumiyyətlə, informasiya verilmədi. Ukraynada keçirilən aksiyada İsa Qəmbərin çıxışını isə az qala fövqəl hadisə kim qələmə verməyə çalışırdılar. Ancaq yaddan çıxarmaq lazım deyil ki, o İsa Qəmbərin yox, Ukrayna müxalifətinin sosial bazası idi” - o əlavə edib.Millət vəkili Azərbaycan müxalifətinin sosial bazasının nəyə görə zəif olduğunu da izah edib.“Azərbaycanda iş yerlərinin sayı artır, sosial problemlər həll edilir. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artır, insanlar dövlətin simasında güvənc yeri görürlər. Bu səbəbdən də radikal müxalifətin Ukrayna hadisələrini süni surətdə Azərbaycana gətirmək istəkləri puça çıxır. Milli Şuranın axırıncı mitinqi isə bir daha göstərdi ki, cəmiyyətin nə bu quruma, nə də ki onun keçirdiyi aksiyaya ehtiyacı yoxdur”, - Mirzəzadə vurğulayıb.
Mənbə: Milli.Az
20 dekabr 2013
GO BACK