Qadin.NET / 2014-cü il üçün ulduz falı

2014-cü il üçün ulduz falı

 

Həyatda hər şey ola bilər. Milli.Az Anspress-ə istinadən xəbər verir ki, bu arzunuzun həyata keçməsi üçün sizə Pavel Qlobanın ulduz falı köməyinizə gələ bilər. 
 QOÇ (21.03 - 19.04) Yanvarda öz emosiyalarınızı tənzimləyə bilərsiniz. İşdə sizə qarşı provakasiya edilə bilər. Fevralda yenilik etməyə çalışın. İl boyu, xüsusilə fevral, mart və aprel aylarında özünüzü təsdiq etmək üçün mübarizə aparın. Pul cəhətdən isə bəxtiniz gətirəcək. 

BUĞA (20.04 - 20.05) Fevral ayında qarşıya qoyduğunuz məqsədə çatmaq üçün böyük işlər görməlisiniz. Fevral ayının sonunda sizə edilən sifarış uğurlu alına bilər. Apreldə intriqalarda iştirak etməkdən çəkinin. Mayda böyük alver etməyin. İyunda qazancınız çox olacaq. Bütün il boyu gəliriniz yaxşı olacaq. 
ƏKİZLƏR (21.05 - 21.06) Fevral sizin aydır. Vacib müqavilələr bağlamağın vaxtıdır. Sizin peşəkarlığınız və nüfuzunuz getdikcə artacaq. Ailə biznesiniz üçün də yaxşı məqamdır. Avtomobil almaq üçün ən yaxşı ay avqustdur. Oktyabr ayı ciddi sərmayələrin və böyük biznes layihələrinin həyata keçməsi ayıdır. 
XƏRÇƏNG (22.06 - 22.07) Biznesmenlər üçün uğurlu ildir. Yanvarda ciddi işlərə başlamayın. Fevralda xaricilərlə biznes açmağın məqamıdır. Martın axırında xərclərlə bağlı ehtiyatlı olun. İlin birinci yarısında yaxşı işləməyiniz mükafatlandırılacaq. İyuladək yeni ev almağın məqamıdır. 
ŞİR (23.07 - 22.08) Yanvar və fevral aylarında karyeranızda şübhəli anlar yarana bilər. Mart ayında gəliriniz artacaq. Bu il həyatınızı dəyişdirməkdən çəkinməyin. İyunda müqavilə bağlamağın vaxtıdır. Biznesmenlər üçün mart, oktyabr və dekabr ayları uğurlu aylar olacaq. Yeni ildə ezamiyyətə getmək sizə uğur gətirəcək. 
QIZ (23.08 - 22.09) 2014-cü ildə sizi iş yerində rəhbərliklə problem gözləyir. İlin ikinci yarısında işləriniz stabil olacaq. Ümumiyyətə, bu il sizin üçün heç də asan keçməyəcək. 
TƏRƏZİ (23.09 - 22.10) Yanvarda yeni işə başlamayın. Fevralda işlərinizdə yenilik olacaq. Bu il yaradıcı insanlar üçün uğurlu olacaq. May ayında pul baxımdan bəxtiniz gətirəcək. Mart ayında tərəfdaşlarınızla bəxtiniz gətirməyəcək. İyunda sizi yaxşı perspektivlər gösləyir. Ümumiyyətlə, bu il sizə düşərli olacaq. 
ƏQRƏB (23.10 – 21.11) Yanvarın birinci on günü qısa müddətli layihələr üçün yetərli vaxtdır. Martın birinci və ikinci ongünlüyündə özünüzü yaradıcı işə həsr edə bilərsiniz. İl, ümumiyyətlə, sizə ciddi sınaqlar bəxş edəcək. Borcların verilmə məqamı yetişib. Ən çətin aylar may, noyabr hesab edilir. Ən xoşbəxt aylar isə yanvar və sentyabrdır. 
OXATAN (22.11 - 21.12) Tərəfdaşlıq baxımından il sizin üçün uğurlu olacaq. İyul ayında böyük alış-veriş etmək və müqavilələr imzalamaq olmaz. Sizi aldada bilərlər. Bu il sizin üçün sərmayə əldə etmək, layihə hazırlamaq, tikinti işlərilə məşğul olmaq ili kimi yadda qalacaq. 
OĞLAQ (22.12 - 19.01) İl sizin üçün heç də asan olmayacaq. Yanvar ayı peşəkarlıq baxımından uğurlu olacaq. May ayında maaşların qalxması gözlənilir. Sentyabr ayı alış-veriş və uzaq səfərlər üçün yaxşı aydır. 
DOLÇA (20.01 - 18.02) Yanvarın ilk yarısında ehtiyatlı olun və hər hansı bir qərar verməyə tələsməyin. Yanvar və fevralın ikinci yarısında biznes açmaq üçün yaxşı məqamdır. Mayda maaşınız qalxacaq. Sentyabr ayında uzaq səfərə getməyin, ancaq alış-veriş etməyin yaxşı məqamıdır. Ümumiyyətlə, il sizə düşərli olacaq. 

BALIQLAR (19.02 - 20.03) Yanvar biznesmenlər üçün uğurlu aydır. Mart ayında provakasiyalardan özünüzü qoruyun. Mart və aprel aylarında sərfəli müqavilələr imzalayacaqsınız. Bu il sizin üçün maddi baxımdan artım ili kimi yadda qalacaq. Yaradıcı insanlar üçün iyul ayı düşərli olacaq.

Mənbə: Milli.Az

19 dekabr 2013
GO BACK