"Azərbaycanda mövcud mobil rabitə tariflərinin azaldılması istiqamətində yeniliklər gözlənilir" APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. E.Vəlizadə qeyd edib ki, mobil rabitə sahəsində xidmət tariflərinin azaldılması məsələsi müzakirə olunur və bu istiqamətdə daim addımlar atılır: "Bu istiqamətdə mobil operatorlar, eyni zamanda dövlət qurumları tərəfindən iş aparılır. Hazırda bu istiqamətdə müzakirələr aparılır. Müzakirələr başa çatdıqdan sonra konkret, detallı məlumat açıqlanacaq. Bu istiqamətdə addımların atılması gözlənilir və mobil rabitə sahəsində qiymətlərə dəyişikliklər ediləcək".
Mənbə: Milli.Az