Qadin.NET / AİB-in Rəhbərlər Şurası 2015-ci ildə Bakıda keçiriləcək

AİB-in Rəhbərlər Şurası 2015-ci ildə Bakıda keçiriləcək

 

"Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurası 2015-ci il mayın 3-4-də Bakıda keçiriləcək" Bu barədə Trend-ə AİB-in Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyonodeyib. Onun sözlərinə görə, Rəhbərlər Şurasının keçirilməsinə bir neçə gün qalmış Bakıda müxtəlif konfranslar, seminarlar və biznes forumlar təşkil oluna bilər. O.Noroyono qeyd edib ki, 67 ölkə AİB-in üzvüdür və bankın bütün nümayəndəliklərinin direktorları Bakıda keçiriləcək Şurada iştirak etməyə dəvət olunublar: "Biz 3-4 min iştirakçının gəlməsini gözləyirik. Onlar təkcə bankı deyil, həm də qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyətini, özəl və dövlət sektorlarını təmsil edəcəklər". Onun sözlərinə görə, 2013-cü ildə AİB və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunun şərtlərinə əsasən, Azərbaycan tərəfi tədbirin keçirilməsi ilə əlaqədar xərclərin çox hissəsini öz üzərinə götürəcək: "Xüsusi komissiya Rəhbərlər Şurasının keçirilməsinə hazırlıq işləri görür".
Mənbə: Milli.Az

 

19 dekabr 2013
GO BACK