Qadin.NET / Kartofun topdansatış qiyməti də artdı

Kartofun topdansatış qiyməti də artdı

 

Bu barədə Trend-ə kartofun satışı ilə məşğul olan ticarətçilər məlumat veriblər. Onların sözlərinə görə, 70-80 qəpiyə olan Gədəbəy kartofunun topdansatış qiyməti hazırda 1 manat 10 qəpik olub. Ticarətçilər bu məhsulun qiymətinin belə yüksək artımını İrandan Azərbaycana kartof ixrac olunmaması ilə izah edirlər. Buna görə bazarda kartofa olan tələbat artıb ki, bu da öz növbəsində qiymətlərə təsir edir. Ticarətçilərin verdiyi məlumata görə, Türkiyədən də Azərbaycana kartofun ixracı əvvəlki aylarla müqayisədə azalıb. İranın Azərbaycandakı Səfirliyindən Trend-ə bildiriblər ki, İrandan Azərbaycana kartof ixracına hər hansı qadağa yoxdur. Sadəcə olaraq İranın özündə də kartofların qiymətində artım olduğundan, Azərbaycan sahibkarları İrandan kartofun gətirilməsində maraqlı deyillər.

 

Mənbə: Milli.Az

19 dekabr 2013
GO BACK