Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələlərinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, tədbir Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı mənzil-qərargahında baş tutacaq. Püşkatmada Azərbaycanın “Rabitə” və “İqtisadçı” klublarının da rəqibləri müəyyənləşəcək. Onların 1/6 və 1/3 finalda kiminlə oynayacağına aydınlıq gələcək. Azərbaycan çempionu ilə müqayisədə “tələbələr”in daha güclü komanda ilə düşəcəyi isə sözsüzdür. Bakı vaxtı ilə saat 14:30-da baş tutacaq püşkatmadan öncə “Dördlər finalı”nın ev sahibi müəyyənləşəcək. Həmin komanda pley-off mərhələsindən azad olacaq.
I səbət: “Rabitə” (Azərbaycan), “Pyaçentsa” (İtaliya), “Dinamo” (Kazan, Rusiya), “Vakıfbank”, “Qalatasaray”, “Əczaçıbaşı” (hər üçü Türkiyə)
II səbət: “Omiçka”, “Dinamo” (Moskva, hər ikisi Rusiya), “İqtisadçı” (Azərbaycan), “Atom” (Polşa), “Kann” (Fransa), “Konegliano” (İtaliya), “Volero” (İsveçrə)
Mənbə: Milli.Az