20 il əvvəl görmə qabiliyyətini itirmiş 60 yaşlı amerikalı Sesil Uilyams möcüzə nəticəsində sağ qaldığını deyir. Milli.Az New York Post-a istinadən bildirir ki, diş həkiminin yanına getmək istəyən Uilyams həmişə olduğu kimi, küçəyə labrador cinsindən olan Orlando adlı köpəyi ilə çıxımışdı. Metroya düşən Uilyams perronda olanda qəflətən kəskin ağrılar hiss edir, huşunu itirir və relslərin arasına yıxılır. Şahidlərin dediklərinə görə, köpək dərhal aşağı atılıb, sürətlə gələn qatara rəğmən sahibini qurtarmaq üçün bərkdən hürməyə başlayıb, Uilyamsı ayıltmağa çalışaraq onun üzünü yalayıb. "Bu, bir möcüzədir. Tanrı məni yanıma aparmaq istəmədi, Orlando da həyatımı xilas etdi", - Sesil Uilyams ağlayaraq deyib.
Mənbə: Milli.Az