Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Dövlət Baytarlıq Xidməti tərəfindən Respublika ərazisində iri və xırdabuynuzlu heyvanlar arasında monitorinqlər aparılıb. Monitorinqlərdə heyvanlar arasında xüsusən brüselyoz, leykoz və salmonelyoz kimi xəstəliklərin aşkarlanması yoxlanılıb. Gəncədə də baytarlıq idarəsinin işçiləri tərəfindən fərdi təsərüffatda olan iri və xırdabuynuzlu heyvanlar arasında bu kimi xəstəliklərin yoxlanılması üçün monitorinqlər aparılıb. Aparılan manitorinqin nəticələri haqda Gəncə baytarlıq idarəsinin rəisi Bayandur Rzayev məlumat verdi.
Mənbə: Milli.Az