Qadin.NET / Şəmkirdə tibb məntəqəsi tikiləcək

Şəmkirdə tibb məntəqəsi tikiləcək

 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı çərçivəsində Şəmkirin Sabirkənd kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə Qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Qrant müqaviləsini Yaponiya tərəfdən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşe və Azərbaycan tərəfdən “Lider Qadınlar Sosial İctimai Birliyi”nin sədri, millət vəkiliMəlahət İbrahimqızı imzalayıb. Layihənin əsas məqsədi Sabirkənddə yeni tibb məntəqəsi tikməklə həmin kəndin və ona qonşu olan digər 3 yaşayış məntəqəsinin sakinlərinə göstəriləcək tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaqdır. Dəyəri 120.506 ABŞ dolları olan məntəqə 19 minə yaxın sakinə xidmət göstərəcək. Qeyd edək ki, buna qədər Yaponiya hökuməti ilə imzalanmış saziş əsasında Şəmkir rayonunun Ələsgərli kəndində tibb məntəqəsi tikilərək yerli sakinlərin istifadəsinə verilib.  Yaponiyalı diplomat jurnalistlərə açıqlamasında bildirib ki, bu cür layihələr Şəmkirlə yanaşı, digər rayonlarda da davam etdiriləcək. Qeyd edək ki, Tsuquo Takahaşe Yaponiyanın Azərbaycana təyin olunmuş yeni səfiridir və səfir bölgələrə səfərini ilk olaraq Şəmkir rayonundan başlayıb.

 

Mənbə: Milli.Az

19 dekabr 2013
GO BACK