Qadin.NET / Daha bir referimiz UEFA-ya daxil oldu

Daha bir referimiz UEFA-ya daxil oldu

 

UEFA 2013/2014-cü il mövsümünün ikinci yarısı üçün hakimlərin yeni kateqoriyalarını açıqlayıb. Milli.Az AFFA-ya istinadən xəbər verir ki, FIFA referisi Əliyar Ağayev ikinci kateqoriyaya daxil edilib və bu kateqoriyada olan hakimlərimizin sayı 2-ə yüksəlib. Xatırladaq ki, daha əvvəl FIFA referisi Anar Salmanov da UEFA-nın ikinci kateqoriyasına daxil olunmuşdu.

 

Mənbə: Milli.Az
19 dekabr 2013
GO BACK