Qadin.NET / Bakılılar donurlar: xətti çəkdilər, istilik yaddan çıxdı

Bakılılar donurlar: xətti çəkdilər, istilik yaddan çıxdı

 

Day.Az saytına məktub göndərən oxucular istilik sistemindəki problemdən şikayətlənirlər. "Nobel prospekti 7 ünvanındakı binanın sakinləri adından sizə müraciət edirik. Yayda istilik xətləri çəkdilər. Buna görə hər sakindən pul aldılar. İki həftədir ki, istilik yoxdur, qazanxana isə bağlıdır. İstilik idarəsi "Azəriqaz" ilə münasibətlərini aydınlaşdırır. Deyirlər ki, borcların ödənilməməsinə görə qaz söndürülüb. Nəticədə 16 binanın sakinləri əziyyət çəkirlər", - sakinlərin məktubunda qeyd olunub. Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Xətai rayonu 66 saylı Mənzil İstismar İdarəsi ilə əlaqə saxlayıb. İdarənin əməkdaşı deyib ki, Nobel prospekti 7 ünvanından istiliklə bağlı şikayət edən olmayıb. "Əgər istilik yoxdursa, bununla "Azəristiliktəchizat" ASC-nin müvafiq strukturları məşğul olmalıdırlar. Bu məsələ bizim səlahiyyətlərimizə daxil deyil. Biz istilik idarəsinə məlumat verərik ki, məsələnin həlli ilə məşğul olsunlar", - o əlavə edib. 

 

Mənbə: Milli.Az

19 dekabr 2013
GO BACK