Qadin.NET / Avtomobil sənayesində inqilab

Avtomobil sənayesində inqilab

 

Volkswagen konserni və məşhur elektromühərrik istehsalçısı Protean yeni nəsil avtomobil hazırlamaq üçün güclərini birləşdirəcəklər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu işbirliyi nəticəsində VW Jetta elektromobilinin ərsəyə gətirilməsi planlaşdırlır. Bu avtomobilin mühərrikləri təkərlərdə olacaq. Bu ilin sonuna qədər təkər-mühərriklərin sınaqları keçiriləcək. Mühəndislər həmin mühərrikləri arxa təkərlərdə quraşdırmağı planlaşdırırlar. Bu cür avtomobilin idarəetməsi tamamilə fərqli olacaq. Mühəndislər hesab edirlər ki, bu avtomobillərin təkərlərindəki dartınma göstəriciləri adi elektromobildəkindən qat-qat yüksək olacaq. Arxa təkərlərə quraşdırılacaq mühərriklərin hər biri 100 at gücünə malik olacaq. 

Mənbə: Milli.Az

 

19 dekabr 2013
GO BACK