Qadin.NET / Sinoptiklərdən müjdə

Sinoptiklərdən müjdə

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, dekabrın 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman proqnozlaşdırılır, mülayim şimal-qərb küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında dekabrın 20-də havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 5-9 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında dekabrın 20-də hava əsasən yağmursuz keçəcək, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-11 dərəcə isti olacaq. Dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq. Yüksək dağlarda gecə 15-18, gündüz 2-7 dərəcə şaxta olacaq.Dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

Mənbə: Milli.Az

19 dekabr 2013
GO BACK