Bu gün Azərbaycan Respublikasının xalq artisti Gülşən Qurbanovanın doğum günüdür. Yaşasaydı, aktrisanın 63 yaşı tamam olacaqdı. Milli.Az xəbər verir ki, Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə dünyaya gəlib. 1974-cü ildə Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Həmin ildən Gənc Tamaşaçılar Teatrında çıxış etməyə başlayıb. Aktrisa kimi fəaliyyəti dövründə yaratdığı obrazlar Gülşən Qurbanovaya tamaşaçı sevgisi qazandırıb. "Mənim nəğməkar bibim" tamaşasındakı Mərcan, "Şirinbala bal yığır" tamaşasında Eyzəngül, "Məhəbbət novellası" tamaşasında Gülnarə və digər obrazlarını Azərbaycan tamaşaçısı yaxşı xatırlayır. Aktrisa 17 noyabr 2006-cı ildə ömrünün 55-ci payızında dünyadan köçüb.
Mənbə: Milli.Az