Qadin.NET / "Mançester Yunayted" zəfərə doğru, "Tottenhem" pərişandır

"Mançester Yunayted" zəfərə doğru, "Tottenhem" pərişandır

 

İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.Milli.Az-ın məlumatına görə, Devid Moyeslə "Mançester Yunayted" artıq azarkeşlərini əvvəlki kimi sevindirməyə başlayıblar. Kubok oyununda "Qırmızı şeytanlar" səfərdə "Stok Siti"ni 2 topla məğlub edərək yarımfinala yüksəliblər. Burada "M.Y." "Çelsi"ni diz çökdürən "Sanderlend"ə qarşı final uğrunda səfərdə oynayacaq. Baş məşqçisi qovulan "Tottenhem" öz meydanında məğlub olub.Xatırladaq ki, "Tottenhem"in baş məşqçisi Villaş Boaş Adebayoru əsas heyətə salmadığı üçün rəhbərlik ilə mübahisəsi olmuşdu. Məhz bu səbəbə görə rəhbərlik Villaş Boaşı işindən azad etmişdi. Əvəzedici baş məşqçiŞedvud Adebayoru heyətə salaraq rəhbərliyin gözünə girmək istədi, forvard qol da vurdu, lakin komanda yenə məğlub oldu. 
18 dekabr
İngiltərə Liqa Kuboku, 1/4 final 
"Stok Siti" - "Mançester Yunayted" - 0:2
Qollar:
 Yanq, 62 (0:1), Evra, 78 (0:2)
"Tottenhem" - "Vest Hem" - 1:2
Qollar:
 Adebayor, 67 (1:0), Jarvis, 80 (1:1), Maiqa, 85 (1:2)
17 dekabr
"Leyçester" - "Mançester Siti" - 1:3
Qollar:
 Kolarov, 8 (0:1), Dzeko, 41 (0:2), 53 (0:3), Dyer, 77 (1:3)

"Sanderland" - "Çelsi" - 2:1
Qollar:
 Kattermol, 46-avtoqol (0:1), Borini, 89 (1:1), Sunq Yunq, 119 (2:1)

Mənbə: Milli.Az

19 dekabr 2013
GO BACK