Qadin.NET / "Ankarada başlamış istintaqın üç ayağı var"

"Ankarada başlamış istintaqın üç ayağı var"

 

Kimdir Fətullah Gülən? Bir din adamı olan Fətullah Gülən Hazırda Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayır. Böyük nüfuza sahib olduğu bildirilən Fətullah Gülən hətta Türkiyədə istənilən siyasi proseslərə təsir etmək iqtidarındadır. Məhz buna görə hazırkı Ədalət və İnkişaf Partiyası onunla ehtiyatlı davranırdı. Amma bəzən bu heç də belə olmurdu. Məsələn, bir neçə il əvvəl Türkiyədə aparılan "Balyoz əməliyyatında məhz Ərdoğan hakimiyyətində Fətullah Gülənə bağlı olan hakimlər generalları həbs eləmişdilər. Hansı ki, indi həmin hakim bu gün üzübağlı bu istintaqdan kənarlaşdırıldı. Qalmaqalın əsas hissəsi isə odur ki, polis Ərdoğanın ən güclü fiquru olan daxili işlər naziri Müəmmar Gülərin oğlunu şübhəli kimi saxladı. Bütövlükdə, 52 nəfərin saxlanıldığı bu hadisə ilə bağlı Anspress-ə şərhçi jurnalist İbrahim Nəbioğlu danışıb.
 “Dünəndən bu günə Türkiyə son dövrün ən çılğın bir gününü yaşayır. Çünki görünməmiş bir hadisədir. 52 nəfər və bu 52 nəfərin içində sadəcə 3 nazirin oğlu və hətta bir nazirin də adı var ki, bir az əvvəl hökumət sözçüsü, baş nazirin müavini söylədi ki, 4 nazirin adı bu işin içindən keçir. Amma burada müxtəlif iddialar var. Lakin bu iddialara Bülent Arınç belə bir açıqlıq gətirdi ki, bu istintaqın 3 ayağı var. Həm pulların İrana keçirilməsi, həm inşaat sektorunda torpaq savaşları və bələdiyyə ilə müxtəlif iş adamları arasında müxtəlif sövdələşmələr, rüşvət, rüşvət kasetlərinin əldə olunması, müxtəlif şantajlar. İlkin bunu, demək olar ki, bütün bu işlərin altında çox ciddi bir təhlükə var”, - deyə İbrahim Nəbioğlu vurğulayıb. 

Mənbə: Milli.Az

19 dekabr 2013
GO BACK