Qadin.NET / Bu da dünyanın ən bahalı velosipedi

Bu da dünyanın ən bahalı velosipedi

 

Belə velosipedi küçədə saxlamağı kimsə istəməz. Əksinə, onu seyfdə saxlamaq istəyi yaranır. Çünki 24 əyarlı qızılla örtülən, 600 "Swarovski" bülluru ilə bəzədilmiş velosipedin dəyəri 87 min dollardır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Aurumania" şirkətinin hazırladığı velosipedi Londondakı milyonçulardan biri satın alıb.

 

"Aurumania" şirkəti cəmi 10 belə velosiped hazırlayıb.Velosipedlərin hamısı əl işidir.
Mənbə: Milli.Az
19 dekabr 2013
GO BACK