Azərbaycan Milli Elmlər Akademiyasının ərazisində 20-dən artıq ağac budanıb. Milli.Az xəbər verir ki, Day.Az baş verən hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin münasibətini öyrənib. Qurumun mətbuat katibiİradə İbrahimova deyib ki, budanma işləri ağacların cavanlaşması məqsədi ilə edilib. Bakı Şəhər Yaşıllaşdırma Trestinin əməkdaşı Nurəddin Rzayev də bildirib ki, budanma işləri ağacları cavanlaşdrmaq üçün görülüb.
"Bu ağaclar çox yüksək idi və güclü külək zamanı aşa bilərdi", - o əlavə edib.
Mənbə: Milli.Az