Yarımfinalda Mərakeşin “Radji Kasablanka” klubunun oyunçuları rəqib komandanın canlı əfsanəsi Ronaldinyonu soyundurublar. Milli.Az-ın məlumatına görə, baş hakim oyunun başa çatması üçün fit çalandan sonra oyunçular Ronaldinyoya yaxınlaşaraq öz sevgilərini etiraf edib, qucaqlayıb, öpüblər, sonra isə ayaqqabılarını çıxarıb, maykasını götürüblər. Qeyd edək ki, Mərakeş klubu “Atletiko Mineyro”ya (3:1) qalib gələrək finala çıxıb.
Mənbə: Milli.Az