Cənubi Amerikanın təmsilçisi "Atletiko Mineyro" Klublararası dünya çempionatında bərbad oyun göstərib. O, Mərakəş təmsilçisi "Radji Kasablanka" klubuna məğlub olaraq turniri tərk edib.Milli.Az-ın məlumatına görə, braziliyalıların usta oyunçusu Ronaldinyo cərimə zərbəsindən möhtəşəm qol vuraraq oyunda hesabı bərabərləşdirib. Lakin Mərakəş oyunçuları daha 2 top vuraraq dünya çempionatının finalçısı olublar."Radji Kasablanka" Almaniyanın “Bavariya” klubu ilə qarşılaşcaq.Radji Kasablanka 3 - 1 Atletiko MineyroQollar: Mutuali 54,84 (penalti) Mabide 90+4 – Ronaldinyo 64
Mənbə: Milli.Az