Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 0-3°, gündüz 6-10° isti, Bakıda gecə 1-3°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Temperatur gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 6-11° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə gecə 14-18° şaxta, gündüz 3-8° şaxta təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır. Temperatur gecə 0-3° isti, gündüz 6-9° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.
Mənbə: Milli.Az