Qadin.NET / Günün ulduz falı - 19.12.2013

Günün ulduz falı - 19.12.2013

 

Qoç - yeni işlərə həvəslə başlaya bilərsiniz. Əvvəl başladığınız işləri isə səbrlə çalışaraq tamamlayın. İşdə həmkarlar, müttəfiqlər və həmfikirlərlə ixtilaflar yarana bilər. Mübahisə və boş söhbətlərə sərf etdiyiniz zamandan faydalı işlər üçün yararlanmaq olar. Maliyyə çətinlikləri, itkilər istisna deyil. Yaxınlarınız sizi dəstəkləməyə çalışır, yaxşı məsləhətlər verirlər. Yalnız öz fikirlərinizi həqiqət saymayın. Sükan arxasında həddən ziyadə diqqətli olun.
Buğa - gün ərzində yaranacaq problemlərin öhdəsindən sürətlə gələ bilməyəcəksiniz. Çətin situasiyaya düşmüş insanlara yardım etməyi unutmayın. İşgüzar danışıqlar aparmaq, gələcəklə bağlı planları müzakirə etmək üçün əlverişli gündür.
Müttəfiqlərlə fikir ayrılıqları yaransa belə, diskussiyanı konstruktiv məcraya yönəldin, münaqişə yaranmasına imkan verməyin. Gəlir, qiymətli hədiyyə istisna deyil. Alış-veriş üçün əlverişli gündür. Sizin üçün önəmli insanlarla axşam saatlarında görüş ola bilər. Yaxşı görünməyə çalışın.
Əkizlər - mühüm danışıqlar üçün münasib gündür. Maraqlarınızı asanlıqla müdafiə edirsiniz, sizə kimsə mane ola bilmir. Yaxın ətrafınızdakı insanların fikirlərini qulaqardına vurmayın. Ağıllı məsləhətlərə qulaq asın. Toplantı, konfrans, seminarlara qatılmaq, peşəkar fəaliyyət baxımından faydalı tanışlıqlara nail olmaq mümkündür. Sizə əziz insanlarla münasibətlərdə sərinlik yaratmayın. Xoşlamadığınız insanları da çox nəzakətlə davranaraq yaşamınıza buraxmayın.
Xərçəng - bu gün asan olmasa da, uğurludur. Mühüm təcrübə əxz edir, dərslər alırsınız. Özünüzlə yanaşı, ətrafınızdakı insanlar barədə də yeni məqamlar öyrənirsiniz. Müstəqil fəaliyyət effektivdir. Birgə layihələrdə iştirak bir qədər yorucu olsa da, faydasız deyil. Gəlir əldə edə bilərsiniz. Yaxınlarınızla səmimi olun. Özünüzü və ətrafınızdakı insanları aldatmayın. Sevdiyiniz insan inamınıza layiqdir. Sizi narahat edən məsələlər barədə danışsanız, bu, yalnız fayda verə bilər.
Şir - gərgin, amma məhsuldar gündür. Nüfuzlu insanla mübarizə ola bilər. İlk baxışdan qəribə gəlsə də, bu mübarizədən qalib çıxmaq şanslarınız az deyil. Formalaşmış qaydaları və riayət edilən ənənələri poza bilərsiniz. Biznes və kommersiyada ehtiyatlı olun. Bu gün mühüm sənədləri imzalamaq, yeni tərəfdaşla əməkdaşlığın təməlini qoymaq məsləhət deyil. İşdə isə karyera pilləkəni ilə qalxmaq imkanları var. Arzuladığınız yeri almaq üçün hiyləgərlik zərurəti yaranır.
Qız - əlverişli və yaxşı gündür. Mürəkkəb işlərə başlamaq, ətrafınızdakı insanların öhdəsindən gələ bilmədikləri problemləri həll etmək olar. Genişmiqyaslı layihəyə və ya uzunmüddətli əməkdaşlığa başlamaq olar. İnsanları yaxşı tanıyın. Belə olarsa, şəxsi münasibətlərlə yanaşı, işgüzar təmaslar harmonik məcrada inkişaf edəcək. Axşam saatlarında uzaqdan gəlmiş insanlarla görüş istisna deyil. Adət və mövqelərdəki fərqlər qarşılıqlı rəğbətə mane olmayacaq. Romantik münasibət başlaya bilər və bu münasibət vaxt keçdikcə daha da inkişaf edəcək.
Tərəzi - yaşam potensialının səviyyəsi yüksəkdir. Çox iş görəcək, amma ifrat yorulmayacaqsınız. Çətinliklər sizi qorxutmasın. Yeni perspektivlər sizi ruhlandıracaq. Nüfuzlu şəxslər sizin işgüzar və peşəkar məziyyətlərinizi layiqincə dəyərləndirəcəklər. Yeni işlərə başlamaq üçün münasib zamandır. Şəxsi problemlərinizin öhdəsindən gələcəksiniz. Yeni tanışlıqlar şansı var. Təklikdə olsanız belə, darıxmayacaqsınız. Axşam saatlarını rahat keçirin.
Əqrəb - həyəcan və əndişələrinizi yaxın ətrafınızdakı insanlarla bölüşməsəniz, problemlərinizlə baş-başa qala bilərsiniz. Ruhdan düşməyin. Situasiya ağır olsa da, müsbət yönləri var. Son vaxtlar ehtiyac duyduğunuz fəaliyyət azadlığı əldə edəcəksiniz. Kimsə ilə məsləhətləşmədən, istədiyiniz qərarları verə bilərsiniz. Şəxsi münasibətlərdəki problemlərin həlli və müzakirəsi üçün əlverişli gün deyil. Hissləriniz və emosiyalarınızda qayda yaradın. Başqalarının istəyinə əsir düşməyin, manipulyasiyalar qurbanına çevrilməyin. Ev işləri həmişəkindən fərqli olaraq, usandırıcı və yorucu təsir bağışlaya bilər.
Oxatan - işgüzar fəaliyyət baxımından çox uğurlu gündür. Qətiyyətli, enerjili, əzmkar olun. Belədə çox yaxşı nəticələr əldə edə bilərsiniz. Düşünülməmiş qərarlar qəbul etməyin, tələsik addımlar atmayın. Belə davranışın fəsadları çox pis ola bilər.
Rəğbətini qazanmağa çalışdığınız insanlarla görüş üçün yaxşı gündür. Üstünlüyünüzü hər kəsə və hamıya nümayiş etdirməyə çalışmayın. Bunun sonucları çox pis ola bilər.
Oğlaq - mürəkkəb, qarışıq gündür. Bütün bunlara rəğmən, iradəli və soyuqqanlı olsanız, ciddi problemlərlə üzləşmək təhlükəsindən qurtula bilərsiniz. Yalnız etibar etdiyiniz insanlara, müttəfiqlərə güvənin. Şübhəli anlaşmalara və maliyyə avantüralarına qatılmayın. Əks cins mənsubu ilə dil tapmaq çətindir. Emosional durumunuz yaxşı deyil. Amma önüzünü pərişan hiss etməyin, ruhdan düşməyin. Yaşamınızda nəyisə köklü şəkildə dəyişmək, şəxsi münasibətlərdə qəfil yeniliklər etməyə çalışmayın. Səbrli olun. Mənfi təmayüllərin təsir dövrü az sonra başa çatacaq.
Dolça - əlverişli gündür. Peşəkar fəaliyyət müstəvisində böyük uğurlara nail ola bilərsiniz. Sonradan dürüstlüyü əyan olacaq qərarları sürətlə qəbul edin. Vaxtınızı boş söhbətlərə sərf etməyib rəqibləri üstələyin. Nüfuzlu insanlarla ünsiyyət üçün əlverişli zamandır. Onların dəstəyini ala bilərsiniz. Bilik və təcrübə əldə edin. Yeni informasiya tez qavranır. Əhvalınız yaxşı olacaq. Səhhətinizdən şikayətlənməyəcəksiniz.
Balıqlar - asan gün olmasa da, yaranacaq problemlər sizi qorxutmasın. Pərişanlıq və bədbinliyə qapılmayın. Yeni işlərə başlayın. Əvvəl başladığınız işləri başa vurun. İdeyalarınızı yaxın ətrafınızdakı insanlar dəstəkləyəcəklər. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə təşəbbüsün izharı üçün imkan və vaxt tapmaq asan deyil. Günün ikinci yarısında nikbin olun, qarşılaşdığınız insanların rəğbətini qazanmağa çalışın. Təmaslarda diqqətli olun. Sizə uyğun olmayan insanla sıx əlaqələr qurmayın.
Mənbə: Milli.Az
19 dekabr 2013
GO BACK