APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin 11 ayı ilə müqayisədə 6,3% çoxdur. Hesabat dövründə həmçinin 613 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% çoxdur. Arxada qoyduğumuz aylar ərzində mədənçıxarma sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 1,9 mln. ton tikinti qumu istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 5,2% azalma deməkdir. Bu müddət ərzində ölkədə inşaat üçün əhəng daşının istehsalı 0,7% artaraq 349 min tona çatıb.
Mənbə: Milli.Az