Qadin.NET / Ford söz verdi

Ford söz verdi

 

Ford Motor avtokonserni şəxsi avtonom avtomobili olan Automated Fusion Hybrid Research Vehiclein ilk prototipini təqdim edib. Milli.Az ICTnews-a istinadən bildirir ki, son vaxtlar, demək olar, bütün aparıcı avtoistehsalçılar bu və ya digər yolla roboavtomobillərin yaradılması sahəsində planlarını müəyyən ediblər. Şirkətdən bildirilib ki, sürücüdən asılı olmayan tam müstəqil avtomobillər 2025-ci ilədək təqdim ediləcək. Fordda deyiblər ki, yeni avtomobilin istehsalına ən yüksək texnoloji yeniliklər üzərində işləmələri üçün ABŞ-ın bir sıra universitetlərini cəlb edirlər. Ford şirkəti Google, Volkswagen və ya General Motorsdan fərqli olaraq mövcud texnologiyalar əsasında tam yeni məkan skanı və məlumatların analizi sistemini yaratmağa ümid edir. Mühəndislər bildirib ki, avtomobil 360 dərəcə yaxınlıqda olanları görəcək, ətraf məkanın üçölçülü təsvirini emal edəcək ki, bu da avtomobilə dayanma, sürətləndirmə, həmçinin rul manevrlərinin sürücünün müdaxiləsi olmadan qərar qəbul etməsinə imkan yaradacaq. İlk mərhələdə Ford maşın-maşın kommunikasiya sistemini işləyib hazırlamaq niyyətindədir. Bu, yol nəqliyyatı, yollarda vəziyyət, hava və digər yardımçı bilgilər haqda tələb olunan məlumatları almağa imkan verəcək. Bundan sonra Ford roboavtomobilə yolda daha rahat hərəkət etməyə imkan verən uyğunlaşdırılmış səyahət-nəzarət sistemini yaratmağı nəzərdə tutub. Fordda bildiriblər ki, hətta bu sistemlərin hamısı mükəmməl işləsə belə, yeni model hələ uzun müddət 100% robotlaşdırılmış olmayacaq. Salonda sürücünün rolu minimuma endirilsə belə hələ də onlara ehtiyac duyulacaq.

 

Mənbə: Milli.Az
18 dekabr 2013
GO BACK