Qadin.NET / MG ilk krossoverin istehsalına başlayır

MG ilk krossoverin istehsalına başlayır

 

Patent idarəsindən sızan məlumat nəticəsində biz MG şirkətinin istehsala hazırladığı tamamilə yeni krossoverin ilk təsvirlərinə baxmaq imkanı qazanmışıq. Bu Britaniya-Çin markasının birinci yolsuzluq avtomobili olacaq; 2014-cü ilin sonunda o yalnız Çində deyil, həm də Böyük Britaniyada satışa daxil olacaq. Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin iri detallarının yığılması MG-ın Lonqbricdəki tarixi zavodunda təşkil ediləcək. Hələlik adsız olan yeni avtomobilin xarici görünüşü bir çox şeydə bu il Şanxayda debüt etmiş CS konseptindən götürülüb: ondan SUV yüksək klirens, güclü təkər tağları, bucaq formalı nəhəng hava giriş dəlikləri əldə edib. MG-da qeyd etdilər ki, keçid yüzfaizli "parketnik" olmayacaq: konstruksiya yoldan ara məsafəsinin hündürlüyünü dəyişdirməyə imkan verən paylama qutusunu, dal diferensialı və hidravlik adaptiv asqını nəzərdə tutur. Beləliklə apreldə Pekin avtosalonunda maraqlı bir yeni modelin debütünü və ölkəmizdə ilk MG krossoveri ilə görüşümüzü gözləyirik.

 

Mənbə: Mili.Az
18 dekabr 2013
GO BACK