Qadin.NET / Yeni ili hansı rəngdə paltarda qarşılamaq lazımdır?

Yeni ili hansı rəngdə paltarda qarşılamaq lazımdır?

 

Yeni il axşamı qırmızı alt paltarları geyinmək qadınlar arasında bir ənənədir. Bəs niyə qırmızı alt paltarı geyinilir? Əslində, bunun dəqiq tarixi və səbəbi məlum deyil. İnsanlar ümidlərini itirəndə bu cür inanclara əməl edirlər. Axı insan oğlu ən xırda detalda belə, ümid axtarır... Publika.az yazır ki, qırmızı rəngi sevən qadınlar şən və həyatsevər olurlar.

Adətən çox tez özlərindən çıxsalar da, onları həyəcanlandırmaq asan və əyləncəlidir. Həm də cəsur və güclü olurlar. Qırmızı sevginin və şəhvətin rəngi hesab olunur. Qırmızı alt paltarı ilə bağlı bir il sonra axtardığın sevgini tapacağına dair inanc da mövcuddur. Yeni il gecəsində saat düz 12-ni vuranda qırmızı alt paltarı geyinmək lazımdır. Amma qətiyyən şalvarın üstündən geyinməyin çünki uğursuzluq gətirə bilər. Bəzi insanlar qırmızı alt paltarını uğur simvolu kimi də düşünür. Yeni il, yeni başlanğıclar deməkdir. Qırmızı alt paltarı isə şans və uğur gətirir. Hətta var-dövlət sahibi olacağına inananlar da az deyil. Buna görə də vitrinlər qırmızı rənglərlə dolub-daşır. Başqa bir inanca gözə yeni ildə qırmızı tuman geyinsən, bəxtin açılarmış. Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir. Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır. Qırmızı rəngi xoşlayanlar birmənalı olaraq ehtiraslıdırlar. Lider olmağı çox xoşlayırlar. Nadir hallarda vicdan əzabı çəkirlər, ona görə də onları nahaq yerə tənqid etməyin, səhvlərini boyunlarına almaq əvəzinə əsəbiləşəcəklər. Həyatı çox sevirlər, arzularının yerinə yetməsinə, demək olar ki, həmişə nail olurlar. Onların hobbisi istənilən məşğuliyyət ola bilər, təki risklə bağlı olsun. Ovçuluqdan tutmuş, maşın yarışlarınadək. Özlərindən tez çıxır, barıt kimi partlayır, ancaq kin saxlamır, tez də soyuyur, bağışlayır, barışırlar. Qırmızı rəngə üstünlük verən insanların qarderobu eleqant geyimlərlə dolu olur. Bu tip insanlar həm də diqqət mərkəzində olmağı sevirlər. Qırmızı rəng qadının özünə inamını artırır. Bu rəngi sevməyən insanlar konfilikt və davadan uzaq olub tək qalmağı sevirlər. Qırmızı rəng kişi rəngi hesab edilir. Bu, həyat rəngidir. Qırmızı ilə ağ rəngin ahəngi təmizlik və harmoniya assosiasiyası yaradır. Qırmızı ilə yaşıl isə bir yerdə olmamalıdır. Qida qəbul olunan otaqda qırmızı rəngin olması iştahı artırır. Qırmızı rəngi xoşlayan uşaqlar səmimi və fəaldırlar. Eyni zamanda iştah açır. Ona görə dünyadakı qida firmalarının çoxunun loqosunda qırmızı rəngdən istifadə olunur. Qırmızı təzyiqi yüksəldir, qan axışını sürətləndirir. Səhv bir inanc var: öküzlərin qırmızıya hücum etdiyinə inanılır. Halbuki öküzlər rənglərə qarşı kordur, qırmızıya deyil, özlərinə yellənən tünd rəngli parçaya hücum edər. Qırmızı rəng enerji verir və insanı hərəkət etməyə hazırlaşdırır. Həyəcan və hərəkəti qovuşduran qırmızı rəngin təsirinə yaş məhvumu da təsir edir. Qırmızı rəng və qırmızı rəngin müxtəlif çalarlarında geyinənlər insanların diqqətini cəlb etməyi sevirlər və seksual həyatlarında çox aktiv olan insanlardırlar. Təbii ki, həyat qırmızı geyinməklə qaydasına düşmür, amma insanların özünü daha yaxşı və sevincli hiss etməsini təmin edər, onlara güvən və ümid verər. 
Mənbə: Milli.Az

 

18 dekabr 2013
GO BACK