Qadin.NET / Notbuk istifadəçilərinə şad xəbər

Notbuk istifadəçilərinə şad xəbər

 

Notbuk istifadəçiləri bundan sonra enerji qurğusunu unutmaqdan narahat olmayacaqlar. Çünki bütün notbuklarda eyni enerji qurğusundan istifadə etmək olacaq. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, beynəlxalq elektrotexnika komissiyası universal enerji qurğusu standartını təsdiq edib. Bu standarta əsasən, bütün notbuklar üçün eyni formalı enerji qurğusu tətbiq olunacaq. Hazırda fəqli firmaların istehsalı olan notbukların enerji qurğuları da fərqlidir. Bu səbəbdən də enerji qurğusu xarab olanda və tapılmayanda onu atırlar. Komissiya hesab edir ki, bu standartın tətbiqi texnoloji tullantıların sayının azalmasına xidmət edəcək. 

 

Mənbə: Milli.Az

18 dekabr 2013
GO BACK