Qadin.NET / O şəhərdə göz-gözü görmür

O şəhərdə göz-gözü görmür

 

Hindistanın paytaxtı Yeni Delhidə sıx duman avtomobillərin və qatarların hərəkətini az qala iflic vəziyyətə salıb. Aviareyslərin əksəriyyəti təxirə salınıb. Milli.Az AsiaOne-a istinadən bildirir ki, ölkə paytaxtındakı İndira Qandi beynəlxalq hava limanında artıq 300 daxili və beynəlxalq aviareys gecikmələrlə gerçəkləşdirilib, 12 aviareys təxirə düşüb. Minlərlə sərnişin hələ də hava limanının terminallarında uçuş gözləyir.Sərnişin qatarlarının hərəkətlərində də problemlər var. 14 marşrutda qatarlar saatlarla gecikmə ilə yola çıxıb. Meteoroloqların dediklərinə görə, dumanlı hava ən azı 2 gün davam edəcək.

 

Mənbə: Milli.Az
18 dekabr 2013
GO BACK