Qadin.NET / Bu diktator lap ağını çıxardı

Bu diktator lap ağını çıxardı

 

Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri, ölkədəki diktatura rejiminin rəhbəri Kim Çen In dövlət arxivlərində "təmizləmə" apartdırır. Milli.Az DHA-ya istinadən bildirir ki, atası Kim Çen İrin ölümündən sonra hakimiyyətə gəlməsində müstəsna yardımçısı olmuş şəxsi - bibisinin əri, Koreya Əmək Partiyasının sədr müavini Çen Son Theki "şərəfsiz xəyanətlər, rüşvətxorluq, əxlaqsızlıq və murdar it kimi davranmaq"da suçlayaraq edam etdirən Kim Çen Inın göstərişi ilə rəsmi dövlət arxivlərində "təmizləmə"lər aparılır. Dövlət informasiya agentliyi olan KCNA-nın arxivindən 35 min, iqtidarda olan Koreya Əmək Partiyasının rəsmi saytından isə 20 min məqalə "yoxa çıxıb". Silinən məlumatlar arasında Kim Çen İrin vəfatı ilə bağlı rəsmi informasiya, foto və videoçəkilişlər də var. Arxivlərdə indi "ən köhnə xəbər" 2012-ci ilin avqust tarixlidir. Kim Çen In məhz həmin vaxt hakimiyyətə yiyələnmişdi. Ekspertlərin fikrincə, Şimali Koreyada indi məşhur yazıçı Corc Oruellin "1984" romanında bəhs edilmiş olaylar təkrarlanır.

 

Mənbə: Milli.Az
18 dekabr 2013
GO BACK