Milli.Az DHA-ya istinadən bildirir ki, bu gün səhər həbs olunmuş polis zabitlərindən ikisi dünən İstanbul və Ankaradakı xüsusi əməliyyata rəhbərlik ediblər.Həmin şəxslər İstanbul polisinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin rəisi Yakup Sayğılı və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin rəisiNazmi Ardıçdır.CNN Türk bildirir ki, Türkiyədə rüşvətxorluq və korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində aparılmış əməliyyatda tutulanların sayı 52 nəfərə çatıb. 7 nəfər axtarışdadır.Tutulanlar arasında polis rəisləri, yüksək vəzifəli məmurlar, bələdiyyə sədri, 3 nazirin oğlu var.İstanbul bələdiyyəsinin daşınmaz əmlak və mənzil departamentinin müdiriMurat Kurum da polisə çağırılıb.Tutulanlardan milyarderlər Ali Ağaoğlu, Reza Zarrab, Emrullah Turanlı vəOsman Ağca ilə İstanbulun Fatih rayonunun bələdiyyə sədri Mustafa Dəmirhazırda ifadə verirlər.İstanbul Cumhuriyyət Prokurorluğundan verilən məlumata görə, tutulan şəxslər "tenderlərdə fırıldaqçılıq etmək, rüşvət vermək və almaq, ixracatda saxtakarlıq etmək, çirkli pulların yuyulması, qızıl qaçaqmalçılığı, mədəniyyət-təbiət irsinə zərbə vurmaq, qanunsuz tikintilər aparmaq"da suçlanırlar.Daxili işlər naziri Muammer Gülerin oğlu Barış Güler, iqtisadiyyat naziriZafer Çağlayanın oğlu Salih Kaan Çağlayan, ətraf mühit və memarlıq naziriErdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar, "Halk Bankası"nın baş direktoru Süleyman Arslan iki saat sonra ifadə verməyə başlayacaqlar.Az öncə Süleyman Arslanın xanımı və İstanbul bələdiyyəsinin sabiq katibiMesut Pektaş da tutulub.
Mənbə: Milli.Az