Geyim qadınların əsas diqqət yetirdikləri məsələlərdən biridir. Daima gözəl görünmək, diqqət mərkəzində olmaq üçün tələb olunan əsas şərtlərdən biri də gözəl geyim tərzidir. Gözəl görünmək üçün də xanımlar mütəmadi olaraq dəbi izləyib, ona ayaq uydurmağa çalışırlar. Biz xanımlar da rənglərin insan psixologiyasına və gündəlik həyatımıza qatdığı enerjiyə göz yuma bilmirik və çalışırıq ki, geyimimizlə göz oxşayaraq diqqət cəlb edək. Seçdiyimiz gündəlik paltar rəngləri ilə həmin günün ruh halını təyin etməyə cəhd göstəririk. Moda mütəxəssislərinin ötən il İlan ili bağlı verdikləri diaqnozları özünü, demək olar ki, tam doğrultdu. Bəs görəsən, At ilində hansı geyimlər və rənglər dəbdə olacaq? Bu sualla modelyerlərimizə müraciət etdik. Araşdırmamız nəticəsində aydın oldu ki, at ilində ağ, sarı, qızılı, qırmızı, qara, ən əsas da səhləb çiçəyinin rəngi dəbdə olacaq.Midi geyimlər yenə dəbdə olacaqModelyer Fikrət Əliyev 2014-cü ilin qış geyim trendlərindən danışarkən yeni ildə pastel rənglərin dəbdə olacağını qeyd edib: “İstər gündəlik, istərsə də gecə ziyafət geyimlərində göz oxşayan rənglər ön planda olacaq. Pastel rənglər gündəlik geyimlərdə üstünlük təşkil edəcək. Çəhrayı, al qırmızı, tünd bənövşəyi rənglər ilə kombinə olunmuş geyimlər də dəbdə olacağı gözlənilir. Pastel rənglərin tünd qəhvəyi rənglərlə kombinasiyası qış geyimlərində ən çox müraciət edilən geyimləri sırasına daxil olacaq”.F.Əliyev bildirib ki, bu il xanımların qarderobunda midi geyimlər üstünlük təşkil edəcək: “Bel hissəsi kəmərlə bağlanan midi gündəlik geyimlər xanımların qarderobunu bəzəyəcək. Uzun ətəkli geyimlərdə diz üstündə yarıqlar, xanımların görünüşünə daha da cazibədarlıq qatacaq. Sizi əmin edə bilərəm ki, midi geyimlər, iri çantalar, dəri kəmərlər, uzunboğaz çəkmələr, hamısı bir yerdə gözəl bir görünüş, cazibədar bir xanım obrazı yaradacaq”.Qalın üst geyimləri, ayaqqabı və çantalara gəlincə, modelyer bir çox dəb yeniliklərinin bu geyimlərə də sirayət etdiyini vurğulayıb: “Dəri və yun parçadan hazırlanmış qış geyimləri - palto və gödəkcələr, plaşlar 2014-cü ilin dəbidir. Həmçinin bu il xəz papaqlar da dəbdə olacaq. Uzunboğaz çəkmələr də xanımların əsas seçimi olacağı gözlənilir”.At ilinin rəngi: yasəməniÖtən həftə rusiyalı moda mütəxəssisləri də 2014-cü il kolleksiyalarını təqdim edilər. Bu nümayişlərdə şalvarlar xüsusi diqqət çəkib. Onların sözlərinə görə, 2014-cü ildə də daha çox klassik tərzdə olan şalvarların dəbdə olacağı gözlənilir. Dəri işləməli palto və əlcəklər bu obrazı daha da tamamlayacaq. Mütəxəssislər söyləyirlər ki, At ilində itiburunlu ayaqqabılar öz aktuallığını qoruyub saxlayacaq. Tökülən, ipək parçadan hazırlanmış şalvarlar gündəlik obrazınızda da sizə cazibədar görünüş qatacaq.Hər ilin sonunda növbəti ilin dəb halına gələcəyini öncədən söyləyən Türkiyə modelyerləri əminliklə söyləyirlər ki, At ilinin ən məşhur rəngi yasəməni olacaq.2014-ün rəngi seçilən səhləb çiçəyini xatırladan yasəməni rəngi demək olar ki, bütün kolleksiyalarda rastlanacaq. Həmin rəng insanlarda yaradıcılıq və özünə inamı təmsil edəcək. Türk modelyerlərin sözlərinə görə, dəbli xanımların qarderobunda bu qış mövsümündə ən çox rast gəlinən rənglərdən biri də tünd qırmızı olacaq. Klassik geyimlərdə üstünlük təşkil edəcək tünd qırmızı rəngə hətta aksesuarlarda da rast gəlinəcək.Modelyer Kəmalə Əliyevanın sözlərinə görə, yeni ildə ayaqqabı, çantalar və dəri gödəkcələr geyərkən isə dəmir detalları çox dəbdə olacaq: “Keçən il dəbdə olan detallar bu il də öz aktuallığını qoruyub-saxlayacaq. Belə ki, qızlar gözəl görünmək üçün bir-biri ilə yarışa girəcəklər. Gənc qızlarda çiyinə atılmış pencəklərin nümayişini daha çox görəcəyik. Artıq gödəkcələrinizi, pencəklərinizi geyinmək yerinə, çiyinə atıb gəzəcəyik. Nəzərinizə çatdırım ki, At ilində 60-cı illərin dəbi özünü göstərəcək. Bir-birindən rəngli papaqlar vitrinlərdə öz yerini alacaq”.Kəmalə Əliyeva 2014-cü ildə iri aksessuarların ilin trendi olacağını qeyd etdi: “Yaxası bəzəkli köynəklər bu il də çox aktualdır. Mövsümün ən hit trendi və dəmir detalları olan geyimlər təşkil edəcək. İstər çantanızda, istər ayaqqabıda, istərsə də, dəri gödəkcələrdə dəmir detallarına yer verə bilərsiniz. At ilinin ən çox sevilən trendlərindən biri də ətək və yun köynək kombinasiyasıdır. Dəri və ya nazik parçadan hazırlanan ətəklərin yun köynəklərlə kombinasiyası qızları həqiqətən eleqant göstərəcək. Qələm ətəklərlə bol köynəklərin kombinasiyası da çox dəbdə olacaq. Yaxası xəzli, formaca dizdən aşağı olan paltolar, dəri geyimlər, plaşlar, dar şalvar və onlarla geyinmək üçün uzun çəkmələr dəbdə olacaq. Belə geyimlərlə aksesuar qismində kişilər üçün nəzərdə tutulan çantalardan istifadə etmək olar”Moda mütəxəssisləri 2013-də olduğu kimi 2014-cü ildə də dəri üzərində hazırlanan paltarların dəbdə olduğunu söyləyiblər. Belə ki, biz bu libasları tanınmış stilistlərin kolleksiyalarında görə bilərik. Güman olunur ki, bu ilin favoriti dəri və üzəri metal işləmələrlə bəzədilmiş geyimlər olacaq. Bura çantalar, ayaqqabılar üst geyimləri də daxildir. Geyimlərin rənginə gəldikdə isə daha çox neon və parlaq rənglər dəbdə olacaq. Qara və ağ rənglər həmişəki kimi öz aktuallığını qoruyub saxlayacaq. Onların sözlərinə görə, qadınların qarderobunda daimi yer alan cinslər, həmişəki kimi öz aktuallığını qoruyub saxlayacaq. Yeni mövsümdə belə materialdan olan şalvarların bədənə yapışanı yox, daha çox boş və trapes forması qadınların favoriti olacaq. Bu bizə bir növ 70-ci illərin dəbini xatırladacaq. Aksesuarlara gəldikdə isə, bu il daha çox böyük həcmli çantalar, və rəngarəng şərflər diqqət mərkəzində olacaq. Lakin dəbin diktəsi ancaq aksesuar və geyimlə tamamlanmır. Modanın əsas göstəricilərindən biri də saç formasıdır. Stilistlər onu da qeyd edib ki, saç rənginin dəblə deyil, əsas üzə yaraşmasıdır. Saç rənglərində sarının bütün tonları və qəhvəyi rəngin 3 əsas çaları dəbdə olacaq. 60-70-ci illərin dəbi geri qayıdırModelyer Leyla Əhmədova mətbuata açıqlamasında bu mövsümdə demək olar ki, 60-cı illər geri qayıdacağını qeyd edib: “Bu il pencəklərdə enli çiyinlər, xanımlarımızın əvəzolunmaz geyiminə çevriləcək. Ayaqqabılara gəlincə isə platformasız, burnu nazik, uzun tuflilər dəbdə olacaq. Çantalar isə nə böyük, nə kiçik, orta ölçüdə olmalıdır. Donlara, ətəklərə nəzər saldıqda görəcəyik ki, tam uzun və ya orta uzunluq olmayacaq, ancaq qısa ətəklər dəbdə olacaq. Parçalarda isə lazer texnologiyasından istifadə olunacaq”.Modelyerin sözlərinə görə, sarı rəngin bütün çalarları bu ilin rəngi hesab olunacaq: “sarı rəngli geyimlərə moruğu, şaftalı, qəhvəyi, bej rəngləri əlavə olunacaq. Sarıdan sonra ən dəbli rəng moruğudur. Daha sonra yaşılın da adını çəkə bilərik. Dodaq boyalarında məsləhətli rəng moruğudur. Sarı rəngdən makiyajda, aksessuarlarda da istifadə etmək olar. Məsələn, moruğu bir pencəyin üstündə sarı balaca gül qoymaq daha məsləhətə uyğundur. Ayaqqabılara gəlincə platforma ayaqqabılar artıq dəbdə deyil. Biz buna xanımlarımıza qadağan edə bilmərik. Lakin xanımlarımız dəbli geyinmək istəyirlərsə, onlara məsləhət edə bilərik ki, yeni ayaqqabı seçərkən platformalardan qaçsınlar. Dabanın hündür və ya alçaq olmağından asılı olmayaraq nazik dabanlı, nazik burunlu, yəni klassikaya uyğun ayaqqabılar dəbdə olacaq”.Stilist Samirin (Samiraldo) sözlərinə görə, bu il trapes şalvarlar dəbdə olacaq. Xüsusən də, 60-70-ci illərin dəbi gündəmə gələcək: “Dizaynerlər ilin sonunda qırmızı rəngi məsləhət görməsələr də, indi al-qırmızı, mərcanı rəngi bu yazın rəngi hesab edirlər. Bütün kolleksiyalarda bu rəngdən istifadə olunur. 2013-2014-cü illərdə trapes ətəklər, şalvarlar, şortlar, hətta trapes qollu köynəklər dəbdə olacaq”.Stilistin sözlərinə görə, bu ilin dəbində heç bir açıq-saçıq geyimlərdən istifadə olunmayacaq. O, qeyd edib ki, əvvəllər sinəsi açıq paltarlar dəb idisə, artıq dizaynerlər İtaliyada, Amerikada, Fransada və digər ölkələrdə belə paltarlara qadağa qoyublar: “Hətta “Qremmi” mükafatının təqdimetmə mərasimində ulduzlara açıq geyinməyə rəsmi şəkildə icazə verilməmişdi. Bağlı geyimlər insanlı daha maraqlı edir. Qolları, ayaqları açıq olsa da, çalışmaq lazımdır ki, sinəsi bağlı paltarlardan istifadə olunsun. Açıq sinəli paltar geyinənlər dəbli xanımlar sayılmayacaqlar”.
Mənbə: Milli.Az