Qadin.NET / Ukrayna müxalifəti Moskva razılaşmalarını satqınlıq saydı

Ukrayna müxalifəti Moskva razılaşmalarını satqınlıq saydı

 

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Viktor Yanukoviçin Moskvada dekabrın 17-də keçirdiyi görüşün əsas nəticələri açıqlanıb. Putin bəyan edib ki, Ukraynaya satılan qazın min kubmetri 406 dollardan 268,5 dollara endirilir. 34 faizlik güzəştin nə qədər qüvvədə olacağı qeyd edilməyib.Moskva görüşünün başqa bir nəticəsi Rusiyanın Ukraynaya 15 milyard dollar güzəştli kredit vermək qərarıdır. “Media forum” saytı xəbər verir ki, Ukrayna müxalifəti Moskva razılaşmalarını hiddətlə qarşılayıb. UDAR Partiyasının rəhbəri Vitali Kliçko Viktor Yanukoviçi Ukraynanın strateji obyektlərini girov qoymaq hesabına Rusiyadan sərmayə almaqda ittiham edib.Azadlıq Partiyasının sədri Oleq Tyaqnibok Viktor Yanukoviçi Ukraynanın mənafelərini satmaqda günahlandırıb. Moskva razılaşmalarını biabırçılıq sayan Oleq Tyaqnibok: “Viktor Yanukoviç bizi Rusiyanın quluna çevirmək istəyir”, - deyib.“Batkivşina” müxalifət hərəkatının lideri Arseni Yatsenyuk isə deyib ki, müxalifət Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşmasına zidd olan heç bir razılaşmanın parlamentdən keçməsinə imkan verməyəcək.

Mənbə: Milli.Az

18 dekabr 2013
GO BACK