APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Kirman vilayətinin Bəravat şəhərinə təsadüf edib. 4,1 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə saat 00:07-də yerin 14 km dərinliyində meydana gəlib. Təbii fəlakət Bəravatdan 6 km, Bəmdən 10 km və Nərməşirdən 33 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat verilməsə də, bölgədə kiçik yeraltı təkanların davam etdiyi bildirilir.
Mənbə: Milli.Az