Qadin.NET / Foqtsla bağlı qərar verildi

Foqtsla bağlı qərar verildi

 

Milli.Az Apasport-a istinadən bildirir ki, futbol üzrə Azərbaycan milli komandasını bundan sonra da Berti Foqts çalışdıracaq. Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirib. Saat 10:30-da başlayan toplantının gündəliyində duran əsas məqam Azərbaycan millisinin baş məşqçisi məsələsinin müzakirəsi olub.Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanmasına qərar verilib.Bundan başqa, UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunmasına da baxılıb. Komitə üzvləri AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirə edib, həmçinin digər məsələlərə də nəzər yetirilib.

 

Mənbə: Milli.Az

18 dekabr 2013
GO BACK