Qadin.NET / Klublarımız Çempionlar Liqası ilə vidalaşdı

Klublarımız Çempionlar Liqası ilə vidalaşdı

 

Qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu Avropa Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb. Azerisport.az xəbər verir ki, “İqtisadçı” qrupda liderlər sırasına yüksəlmək şansını itirsə də, qrup autsayderi üzərində qələbə qazanıb. Daha bir təmsilçimiz "Azeryol" son görüşünü səfərdə İtaliya "Yamamay"ına qarşı keçirib.Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Nəticədə "Azəryol" qrupunda 3-cü yeri tutaraq ÇL-lə vidalaşıb.
Çempionlar Liqası
Qrup mərhələsi
17 dekabr
“İqtisadçı” - “Srvena Zvezda” (Serbiya) - 3:1 (27:29, 25:13, 25:13, 25:12)
Yarış cədvəli: “Dinamo” (Moskva, Rusiya) - 13 xal (set fərqi: 14-6), “Pyaçenza” (İtaliya) - 12 (13-5), “İqtisadçı” - 8 (10-12), “Srvena Zvezda” (Serbiya) - 0 (4-18)
Yamamay - Azəryol - 3:0 (25:14, 25:17, 25:19)
Turnir cədvəli: Qalatasaray (Türkiyə) – 12 xal (set fərqi - 14:6), Konelyanko (İtaliya) – 10 (13:8), Azəryol – 7 (11:15), Yamamay – 4 (6:15)
Mənbə: Milli.Az
18 dekabr 2013
GO BACK